Bakının ürəkbulandıran səmti, bunu kimsə görmür? - FOTO

2 Avqust 2013 01:30

Bakı şəhərində Əfqanıstanı xatırladan ərazi var

Milli.Az-ın məlumatına görə, Yasamal rayonu, Tibilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı bina və onun ətrafındakı dəhşətli mənzərə belə düşünməyə əsas verir.

Məcburi köçkünlər məskunlaşan binanın ətrafı təhlükə və üfunət saçır. Binanın içərisi və ətrafından təhlükəli elektrik xətləri keçir, xırda köşklər tikilib, ərazi zibilxanaya çevrilib. Şəhərin mərkəzi hissəsində belə bir mənzərənin olması acınacaqlıdır.

Yasamal rayon İcra Hakimiyyətinin qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Bahadur Nurullayev Milli.Az-a açıqlamasında bildirdi ki, həmin tikili 9 mərtəbədən ibarət nazirlik binası olub. Məcburi köçünlər məskunlaşadan sonra binanın üzərində bir neçə mərtəbə artırıblar. Şöbə müdirinin sözlərinə görə, ərazi dəfələrlə təmizlənsə də, nəticə yoxdur:

"Həmin ərazini abadlaşdırmaqdan əllərimiz qabar olub. Həmin binada 150-yə yaxın ailə məskunlaşıb. Gərək orada məskunlaşan sakinlər də bir az məsuliyyətli olsunlar".

B.Nurullayev əlavə etdi ki, həmin ərazidə yaşayan məcburi köçünlər köçürüldükdən sonra abadlaşma işləri aparılacaq.


Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Ceyhun Ələkbərov