Galaxy S3 smartfonu birinci oldu

1 Avqust 2013 22:54
Samsung Electronics korporasiyası istehlakçıların məmnunluğu reytinqində birinci yerdə qərarlaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, American Customer Satisfaction Index (istehlakçının məmnunluğu üzrə Amerika indeksi) əsasən, Galaxy S3 smartfonu 100 mümkün xaldan 83 xal toplayıb və bu göstərici üzrə iPhone 5 smartfonunu 1 xal ötüb. Galaxy S4 aparatı 84 xal toplasa da, lakin cari reytinqə daxil edilməyib, çünki tədqiqat ABŞ-da sözügedən telefonun satışlarının başlanmasına qədər aparılıb.

Apple şirkətinin müştəriləri iPhone 4, 4S və ya 5 arasında elə bir fərq görmürlər - ACSI-nin idarəedici direktoru Devid VanEmburq deyib. Onun sözlərinə görə, yenilikçi ideyalar həmişə Apple korporasiyasının güclü tərəfi olub, lakin Samsung şirkəti Galaxy S4 smartfonu sayəsində Apple ötə bilib və Amerika korporasiyasının yenidən lider mövqeyə qayıtmasını təhlükə altına qoyub.

Milli.Az