Məşhur türk futbolçu öldü - YENİLƏNİB - FOTO
6 Avqust 2013 12:24
Bir zamanlar türk futbolunun ən istedadlı futbolçularından biri olan Selçuk Yula bu gün vəfat edib
12:24
Selçuk Yula futbolçu karyerasına "Şəkərspor"da başlayıb.
1979-cu ildə transfer olduğu "Fənərbağça"da qol krallığı və penalti vuruşları ilə məşhurlaşıb.
"Fənərbağça"da iki mövsüm üst-üstə qol krallığı (1981-82, 16 qol), (1982-83, 19 qol) yaşayıb. Futbolçu "Fənərbağça" 134 qola imza atıb.
Daha sonra 1986-1987 mövsümündə Almaniya Bundesliqa klubu olan "Blau Weiss Berlin"ə keçib.
Karyerasının sonlarında "Qalatasaray"da 1 mövsüm oynadıqdan sonra futbolçu karyerasını bitirib.
14 dəfə formasını geyindiyi Türkiyə millisində 3 dəfə kapitan olub.
Evli və 1 qız atası olan Yula, ölümündən əvvəl "Fotomaç" qəzeti və "Fənərbağça TV"də idman şərhçisi olub.
---------
12:00
Türkiyə yığması və "Fənərbağça" klubunun sabiq oyunçusu, məşhur futbolçu Selcuk Yula vəfat edib. Milli.Az Skorer-ə istinadən bildirir ki, "Fənərbağça"dan sonra "Qalatasaray"da da oynamış 53 yşalı Yula 1959-cu ilin noyabrın 8-də Ankarada doğulmuş, futbolçu karyerasına "Şekerspor"da başlamışdı.
O, 1979-1986-cı illərdə sarı-lacivərd komandanın heyətində oynamış, 134 qol vurmuşdu.
Elşən İmanov
Milli.Az
---------
12:24
Böyütmək üçün şəkillərə klikləyin.