Beynəlxalq maliyyə institutları “Nabucco” üçün kreditlərin verilməsinə hazırlığa başlayıb
6 Sentyabr 2010 15:46
Bu barədə "NABUCCO Gas Pipeline International GmbH" konsorsiumunun məlumatında deyilir. Üç maliyyə institutunun zaminlik məktubunun imzalanması ilə layihənin dəyərinin müəyyən edilməsi prosesi başlayır ki, bu da dörd milyard avroyadək maliyyə sənədinin verilməsi üçün mühüm addımdır.
Layihənin maliyyələşdirilməsinin potensial paketi EİB-in iki milyard avro, EBRD-nin 1,2 milyard avroyadək (600 milyonadək EBRD-dən və 600 milyonadək kommersiya bankları ilə sindikatlaşdırılmış olacaq) və 800 milyard avroyadək IFC-dən (400 milyonadək kommersiya bankları ilə sindikatlaşdırılmış olacaq) daxil olacaq vəsaitdən ibarət olacaq.
Üç beynəlxalq maliyyə institutunun iştirakı layihənin qlobal və Avropa səviyyəsində dəstəkləndiyini nümayiş etdirir və "Nabucco"nun tam maliyyələşdirilməsinin təmin olunmasında mühüm mərhələdir. Məlumatda bildirilir ki, beynəlxalq maliyyə institutlarının cəlb olunması yüksək standartların müəyyən edilməsində, ekoloji və soaial risklərin və təchizatın qiymətləndirilməsində layihəyə dəstək göstərəcək. Layihənin maliyyələşdirilməsinə kommersiya, sosial və ekoloji aspektlərin tam qiymətləndirilməsi daxildir.
İxrac kredit agentliyinin və digər beynəlxalq bankların - EBRD, EİB və IFC-in qərar qəbul etməsindən az sonra, öz qiymətləndirmələrinə başlayacağı gözlənilir. Konsorsiumun məlumatında deyildiyi kimi, kreditlərin verilməsi üzrə öhdəliyi 2011-ci ilə nəzərdə tututub.
Dəyəri 7,9 mlrd avro olan "Nabucco" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək.
"Nabucco" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq, Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Yunanıstan, eləcə də Türkiyə ilə İran arasında yerdə qalan hissəsinin tikintisi daxildir.
"Nabucco" qaz kəmərinin uzunluğu 2 730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək, Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.
Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.