Sulutəpədə “Kamaz” minik avtomobilini əzdi, sürücü öldü

6 Sentyabr 2010 13:29
Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat verib. Məlumata görə, bu gün saat 11.30 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, "Pepsi-Cola" zavodunun qarşısında "Kamaz" markalı yük maşını şəhər istiqamətində hərəkət edən "Lada-2108" markalı minik avtomobili ilə toqquşub və nəticədə maşını əzib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə nəticəsində minik maşınının sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalaraq hadisə yerində keçinib. Qəza zamanı digər xəsarət alan olmayıb.

Faktla bağlı ilkin araşdırmalara başlanılıb. Hadisənin nə səbəbdən baş verməsi hələlik bilinmir.

Milli.Az