Dünyanın ən bahalı oyuncaq evi: 7 milyon dollar... - VİDEO - FOTO

1 Avqust 2013 11:37

Bu ev yox, evcikdir. Kuklalar üçün nəzərdə tutulmuş evcik Uolt Disneyin qəhrəmanlarının məkanıdır sanki. 2,3 metr eni olan ev qəsrdir. Nağıllardakı qəsrdə 2 mindən artıq miniatür əşya və atribut var.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, səssiz kinonun ulduzu, vaxtilə dünyaca məşhur aktrisa olmuş Kolin Mura məxsus bu oyuncaq qəsrin qiyməti 7 milyon dollardır.

Qəsrdəki hər əşya reallıqdakı prototipinin tam təkrarıdır. Bundan başqa, qəsrin zal və otaqlarındakı bəzi çilçıraqlar almaz, brilyant və yaqut qaşlardan ibarətdir.

1934-cü ildə çəkilmiş "The Scarlet Letter" filminin ulduzu bu qəsri sifariş verəndə ustalara "xəyallarımın məkanını, dünyanın ən gözəl qəsrini hazırlayın" demişdi.

"Kasta pərisinin qəsri" adlanan bu oyuncaq evin hazırlanmasına 1928-ci ildə başlanmışdı. 1935-ci ildə başa çatmış "tikinti"də 100-ə yaxın rəssam və dizayner çalışmışdı.

ABŞ-da "Böyük depressiya" da 1935-ci ildə başa çatdı və aktrisa Mur fenomenal qəsrini ölkədə gəzdirərək sərgilər təşkil etdi, əldə edilən pulları da xeyriyyə təşkilatlarının hesablarına keçirdi.

1949-cu ildə isə amerikalı aktrisa Kolin Mur bu nağıl qəsri Çikaqo Muzeyinə təhvil verdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Fotolar: The Daily Mail