Milli.Az İslam.az-a istinadən bildirir ki, bu qarətlər zamanı iri şəhərlərdəki kitabxanalar yandırılır, alimlər öldürülürdü. Şiə (cəfəri) məzhəbini müdafiə edən yeganə güclü dövlət Səfəvilər olduğu üçün, Əllamə Məclisi məzhəbi mövzuda kitabların məhv olmasının qarşısını almaq üçün mövcud mənbələrdəki hədisləri bir kitabda toplamağı qərara aldı.
"Biharül-ənvar" yüzlərlə hədis kitabının cəmindən ibarətdir, üstəlik, təkrarlar aradan qaldırılmış və hədislər mövzular üzrə bölünmüşdür. Kitabın yazılışı zamanı istifadə edilmiş mənbələrin bir neçəsi günümüzə gəlib-çatmayıb. "Biharül-ənvar" irihəcmlı əsərdir.
Onun qədim (Nəcəf) nəşri çox qalın 26 cilddən, yeni nəşri isə 110 cilddən ibarətdir. Qeyd etdiyimiz kimi, "Biharül-ənvar" çətin bir dövrdə tərtib edildiyi üçün, zəif hədisləri tamamilə ayırd etməyə müəllifin kifayət qədər vaxtı çatmamışdır. Buna görə də, kitabda bəzi zəif hədislərin olması təbiidir. Amma bu, əsərin əhəmiyyətini heç də azaltmır.
Milli.Az