Məşhur ailə valideyn olacaqları günü səbrsizliklə gözləyirlər
Milli.Az xəbər verir ki, ATV telekanalının iki populyar siması Zaur Baxşəliyevlə Günay Qələndərlinin övladlarının cinsiyyəti artıq məlumdur.
"10lar" verilişində yayımlanan süjetdən bəlli olub ki, məşhur ailənin gələn ay qız övladları dünyaya gələcək.
Məlumat üçün bildirək ki, Zaur və Günay ötən ilin oktyabrın 26-da evləniblər.
Ceyhun Ələkbərov
Milli.Az