Britaniyanın Mİ-5 (əks-kəşfiyyat), Mİ-6 (xarici kəşfiyyat) dövlət qurumları öz əməkdaşlarına Çinin Lenovo firmasının istehsalı olan fərdi kompüterlərdən istifadə etməyi qadağan ediblər. Londonun Independent onlayn nəşrinin məlumatına əsasən, sözügedən firmanı Çin hökuməti dəstəkləyir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, dərc edilmiş məlumata əsasən, dünyanın aparıcı kompüter istehsalçılarından biri düşünülmüş surətdə onları haker hücumlarına qarşı acıq edir. Belə ki, elektron sxem və proqram təminatı içliyi elə dəyişdirilib ki, istifadəçidən xəbərsiz kompüterə məsafədən qoşulmaq mümkün olsun.
Milli.Az