İtaliyadan tornado keçdi: 13 yaralı
30 İyul 2013 13:01
Tornado xeyli avtomobili yararsız hala salıb
İtaliyanın Milan əyalətindən tornado keçib. Tornado nəticəsində azı 13 nəfərin xəsarət aldığı bildirilir.
Anspress xəbər veri ki, tornado əyalətin sənaye bölgəsindən keçib və qasırğadan ən çox avtomobillər ziyan çəkib. Avtomobillər ya tornado ilə havaya qalxıb, ya da üzərinə beton plitələrin düşməsi nəticəsində yararsız hala düşüb. Külək o qədər güclü olub ki, hətta yük maşınlarını belə çevirib.
Yaşayış binalarına da ciddi ziyan dəyib, onlarla evin damı uçub. Şahidlərin sözlərinə görə, tornado Milan əyaləti üzərindən 10-15 dəqiqəyə keçib.
Milli.Az