Nüsrət Kəsəmənlinin 15 il həbsdə olan oğlu azadlığa çıxıb - FOTO
30 İyul 2013 12:58
O, 15 il əvvəl qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirməkdə ittiham olunduğu üçün həbs olunmuşdu
Mərhum şair Nüsrət Kəsəmənlinin həbsdə olan oğlu azadlığa çıxıb.
Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, şairin həbsdə olan oğlu Araz Kəsəmənli təxminən 1 ay öncə azadlığa buraxılıb.
Məlumatı Qafqazinfo-ya A. Kəsəmənlinin qardaşı Rəşad Kəsəmənli də təsdiqləyib. Onun sözlərinə görə, qardaşı Arazın cəzasının bitməsinə 4 ay qalsa da, azadlığa buraxılıb: "Bu, qanunvericiliyə uyğun həyata keçirilib".
Qeyd edək ki, Araz Kəsəmənli 1998-ci ildə qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq həbs olunub.