Unikal dəqiqələr: Yerdən kosmosa və geriyə - VİDEO - FOTO

30 İyul 2013 14:25
ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) yeni unikal video yayıb.

Videogörüntülərdə "Atlantis" kosmik məkiyinin kosmosa uçuşu zamanı çəkilib. Məkiyi orbitə çıxaran aparıcı raketə bərkidilmiş videokamera "Atantis"in Yerətrafı orbitə çıxmasından sonra gəminin əsas korpusundan qopan aparıcı raketin ayrılmasını və sonra atmosfer laylarına girərək aşağı düşməsini əks etdirir.

Aparıcı raketin "Atlantis"i kosmosa çıxarması və ondan qopub yerə düşməsi cəmi 6 dəqiqə çəkir. 2 dəqiqə isə raketin təcillənməsi ilə orbitdə ləngər vurmasına "sərf" olunur.

2011-ci ilin iyun ayındakı uçuş zamanı çəkilmiş kadrlar indi açıqlanır.

"Atlantis" 2011-ci ildə bağlanmış uçuş proqramı çərçivəsində kosmosa çıxarılmış son məkik idi. O, hazırda Florida ştatındakı "Kennedy Space Center"dəki sərgidə nümayiş olunur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Fotolar: The Daily Mail