Məşhur futbolçu vəfat etdi

29 İyul 2013 19:18

Meksikanın "Amerika" klubunun və Ekvador millisinin futbolçusu Kristian Benites vəfat edib

Milli.Az-ın İtar-tass-a istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu ürək tutmasından dünyasını dəyişib.

Futbolçunun ölümünün səbəbləri ilə bağlı rəsmi məlumat hələlik yoxdur, ancaq onun ürəyində problem olduğu bildirilir.

Benitesin ölüm xəbərini qardaşı Xarli Betankur təsdiqləyib.

Xatırladaq ki, hücumçu 2005-ci ildən Ekvador millisinin formasını geyinib. 2009-2010 mövsümündə o, İngiltərənin "Birmingem" klubunda da çıxış edib.

Elşən İmanov
Milli.Az