"Bakinternet" müştərilərinin nəzərinə: modemlərinizi pulsuz yeniləyin
29 İyul 2013 17:10
"Bakinternet" internet mərkəzində köhnə serverlər "CISCO" şirkətinin istehsalı olan daha güclü, eyni zamanda 100 min istifadəçiyə xidmət göstərə bilən müasir genişzolaqlı serverlərlə əvəz ediləndən sonra 1998-ci ilin proqram təminatı olan "D-Link" tipli modemlərin istifadəçilərində qoşulmada qismən problemlər yaranıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən paralel olaraq köhnə serverlər də dövriyyəyə qoşularaq problem həll edilib.
Gələcəkdə köhnə serverin istismardan çıxarılacağını nəzərə alaraq "Bakinternet" abunəçilərində olan köhnə versiyalı "D-Link" modemləri BTRİB tərəfindən yenisi ilə ödənişsiz əvəz edilir.
Milli.Az