Milli komandamızın rəqibi heyətini açıqladı

29 İyul 2013 17:30

Futbol üzrə Rusiya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Fabio Kapellonun açıqladığı ilkin heyətdə 35 futbolçunun adı yer alıb.

Qeyd edək ki, ruslar avqustun 14-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya ilə qarşılaşacaqlar. İtaliyalı mütəxəssis bu 35 futbolçudan daha yaxşı hazırlığa malik olanları sözügedən matça aparacaq:

Qapıçılar: İqor Akinfeyev (CSKA), Vladimir Qabulov (Anji), Sergey Rıjikov (Rubin), Aleksandr Filtsov (Krasnodar);


Müdafiəçilər: Aleksandr Anyukov (Zenit), Maksim Belyayev (Lokomotiv), Vasili Berezutski, Sergey İqnaşeviç, Kiril Nababkin, Georgi Şennikov (hamısı CSKA), Vladimir Qranat (Dinamo), Vitali Dyakov (Rostov), Aleksey Kozlov (Kuban), Dmitri Kombarov, Sergey Parşivlyuk (hər ikisi "Spartak");


Yarımmüdafiəçilər: İqor Denisov (Anji), Alan Dzaqoyev (CSKA), Denis Qluşakov (Spartak), Aleksey Mirançuk, Dmitri Tarasov (hər ikisi "Lokomotiv"), Aleksandr Ryazantsev (Rubin), Viktor Fayzulin, Roman Şirokov (hər ikisi "Zenit"), Artur Yusupov (Dinamo);

Hücumçular: Vladimir Bıstrov, Aleksandr Kerjakov (hər ikisi "Zenit"), Artyom Dzyuba (Rostov), Aleksey İonov, Aleksandr Kokorin, Oleq Şatov (hamısı "Anji"), Aleksandr Səmədov (Lokomotiv), Fedor Smolov (Dinamo), Denis Çerışev (Real, Madrid, İspaniya), Pavel Yakovlev (Spartak).

Sonda onu da qeyd edək ki, Rusiya DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibidi.

Milli.Az