Milli.Az ICTnews-a istinadən bildirir ki, tərtibatçılar əmin edirlər ki, yeni versiya IE 10 ilə müqayisədə 4% daha yaxşı məhsuldarlıq təmin edir. Həmçinin qeyd edilib ki, IE 11 brauzeri JPEG qrafik formatını videokartın resursları hesabına deşifrə edən ilk brauzerdir.
Bununla da qrafik informasiyadan zəngin olan saytlarla işləyən zaman əhəmiyyətli məhsuldarlıq təmin olunur. Bundan başqa, IE 11 brauzeri W3C Resource Priorities spesifikasiyasını dəstəkləyən ilk brauzerdir. Bununla əlaqədar saytların tərtibatçıları ilk növbədə hansı məlumat və resursların yüklənməsini qeyd etmək imkanı əldə ediblər.
Bununla yanaşı, brauzerin yeni versiyasında WebGL, Flexbox, CSS və HTML5 texnologiyalarının bəzi standartlarının dəstəklənməsi təkmilləşdirilib.
Milli.Az