Məşhur müğənni: "İndi bunlara baxın" - FOTO

29 İyul 2013 15:38
Dünyaca populyar amerikalı müğənni Beyons konsert və şoularında fotolarının çəkilməsini qadağan edib. O, yalnız şəxsi fotoqraflarının çəkdiyi fotoların kütləvi informasiya vasitələrində yayılmasını istəyir.

Bununla yanaşı, Beyons Nouls Tumblr bloq-servisindəki bloqunda da sürəkli olaraq fotolarını yayır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, müğənni liseydə oxuduğu illərdə çəkilmiş fotosunu yayıb. Eyni zamanda o, əri, tanınmış reper Cey Zi-nin də məktəb fotosunu bloqunda yerləşdirib.

"Məni indi olduğum görkəmdə tanıyırsınız. İndi bunlara baxın. O illərdə necə də fərqli idim...", - 31 yaşlı Beyons yazıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

 



Fotolar: Daily Mail