Çayxananı 35 metrlik ağacın başında tikdi - YENİLƏNİB - VİDEO

29 İyul 2013 12:25

Masallı sakini qəribə çayxana açıb

28.07.2013
18:47

Azərbaycanın Masallı rayonunun Xanalion kəndinin sakini yerdən 35 m yüksəklikdə, ağacın başında çayxana açıb.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə "Russkaya planeta" yazıb.

Çayxananın sahibi Maqsud Şirəliyev onu meyvə ağacları və dokarativ bitkilərin bitdiyi bağında açıb. Çayxanaya doğru 50 metrlik tros uzanır, bunun vasitəsilə müştərilərə çay və digər sifarişlər çatdırılır.

Ekstremal çay həvəskarlarına çay dəstgahı 5 manata başa gəlir.

Şirəliyev deyir ki, əvvəlcə adi çayxana açıb. Sonra obyektinə marağı artırmaq məqsədilə belə bir işə qol qoyub:

"Qərara aldım ki, mənim çayxanam Masallıda yerləşən digər çayxanalardan qeyri-adiliyi ilə seçilməlidr".

Onun sözlərinə görə, qan təzyiqindən əziyyət çəkən müştərilər ağacın başına çıxıb onun çayını dada bilməsələr də, müştəri sarıdan qıtlıq yoxdur. 

Müştərilər də razıdırlar: "Yaxındakı kəndin ürəkaçan mənzərəsini seyr edə-edə çay içməyin ayrı ləzzəti var".

Milli.Az

-------------------
29.07.2013
12:25


Videonu izləmək üçün şəklə klikləyin.