40 milyonu bir göz qırpımında oğurladı

28 İyul 2013 19:29

Kannın tanınmış "Karlton" otelinə daxil olan naməlum silahlı 40 milyon avro dəyərində olan zinət əşyalarını oğurlayıb.

Milli.Az İnterfax-a istinadən bildirir ki, bu barədə Fransanın Le Figaro qəzeti yazıb. Nəşrin məlumatına görə, oğrunun apardığı əşyalar bu günlərdə  oteldə keçirilən sərgidə nümayiş olunub.

Yerli hökumət araşdırmalara başlayıb.

Milli.Az