Berluskoni: "Əgər məni həbs etsələr..."
28 İyul 2013 18:19
Keçmiş baş nazir əmindir ki, kassasiya məhkəməsi onu təmizə çıxaracaq
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, İtaliyanın keçmiş baş naziri, qalmaqallı siyasətçi Silvio Berluskoni Mediaset media qrupundakı maliyyə fırıldaqlarına görə cinayət işinin kassasiya məhkəməsində uğurla bitəcəyinə, bəraət alacağına əmindir. Ancaq ona qarşı ittihamlar təsdiqlənərsə, o zaman həbsə getməyə hazırdır. Üstəlik, yaşına görə ev dustaqlığına da ümid edə bilər.
"Heç nəyə baxmayaraq, əminəm ki, kassasiya məhkəməsi çərşənbə axşamı günü mənə bəraət qazandıracaq. Ancaq bu baş verməsə, Kraksi kimi tərki-vətən olacam", - Berluskoni Libero Quotidiano qəzetinin bugünkü sayındakı müsahibəsində deyib.
Bettino Kraksi (1983-87-ci illərdə İtaliyanın baş naziri) rüşvətdə ittiham olunduğuna görə 1994-cü ildə Tunisə qaçmış, 2000-ci ilin yanvarında isə orada ölmüşdü.
"Mən bir məhkum kimi hansısa islah işlərinə, tərbiyə olunmağa razılaşa bilmərəm. Mənim 78 yaşım var və ev dustaqlığına da haqqım çatır. Ancaq əgər məni həbs etsələr - öz üzərlərinə belə bir məsuliyyət götürsələr, - onda həbsxanaya gedəcəm", - siyasətçi bildirib.
Milli.Az