Bölgə teatrları tamaşaçı baxımından qıtlıq çəkir? - VİDEO

27 İyul 2013 15:37
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Azərbaycanda teatr sənəti xalqın fəaliyyəti, məişəti, ənənələri, dünyagörüşü ilə sıx bağlıdır. Azərbaycan xalq teatrı realist özəllik daşıyır. Bu il Azərbaycan teatrının yaranmasından 140 il ötməsinə baxmayaraq hazırda bu sənət çiçəklənən və daim yenilənən dövrünü yaşayır. Lakin gənclərin teatra marağı artmaq yerinə daha da azalır. Teatr truppasının aylarla ərsəyə gətirdiyi samballı əsərlərin təqdimatında bu gün gənclərimizin sayı azlıq təşkil edir. Nədənsə onlar tetrlara deyil, əyləncə mərkəzlərinə üz tuturlar.

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında sevilən obrazları ilə böyük tamaşaçı məhəbbəti qazanmış və yaxın günlərdə mükafata layiq görülən Təvəkkül ƏliyevSücəddin Mirzəyevlə görüşüb, onların mövzumuza olan münasibətlərini öyrəndik. Müsahiblərim gənclərin teatrlara olan marağının azalmasını 21-ci əsrin texnologiya dövrü olması ilə əlaqələndirdilər. Bildirdilər ki, müasir gənclər istədikləri film və tamaşalara internetdə baxırlar.

Mövzumuzun əsas qəhrəmanları olan gənclər arasında da sorğu keçirdik. Teatrlardan üz döndərən gənclərin mövzumuza cavabları müxtəliflik təşkil etdi. Kimisi teatra geməyə vaxtının olmadığını, kimisi teatr aktyorlarının obrazları süni şəkildə canlandırdığını ,kimisi də internetin teatrdan daha əlverişli olduğunu söylədi.

Sonda qeyd edək ki, indi inkişaf etməkdə olan teatrımız gələcəkdə gənclərə əmanətdir. Biz gənclər teatrımıza maraq dairəmizi daha da artırmağa çalışmalıyıq ki, gələcəkdə Azərbaycanda teatr anlayışı tarixə çevrilməsin. Yəni həmişə öz aktuallığı ilə günəmdə qalsın.

Milli.Az