Mercedes önə üstünlük verir? - FOTO

27 İyul 2013 21:37
Qabaq ötürücülü "Mercedes-Benz" sırası genişləndiriləcək. "Daimler" konserninin baş direktoru Diter Tsetşenin sözlərinə görə, 2018-ci ildə yeni qabaq ötürücülü platforma meydana gələcək ki, burada çoxlu avtomobillər hazırlanacaq.

Lakin bunların hansı avtomobillər olacağı hələ məlum deyil. Yeri gəlmişkən, "Mercedes-Benz" artıq üç qabaq ötürücülü model buraxır: A-klass, B-klass və kupe CLA. Bu yaxınlarda isə onlara baza versiyasında, yəqin ki, bir oxa ötürücü əldə edəcək krossover GLA da qoşulacaq.

Milli.Az Auto.az-a istinadən bildirir ki, beşinci model də olacaq. Lakin söhbətin nədən getdiyini heç kim bilmir. İki fərziyyə var - ya almanlar yeddinəfərlik kompakt avtomobilin buraxılmasına qərar verəcəklər, ya da bu kiçik "ucuz" rodster olacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.