Ən təhlükəsiz brauzer seçildi

26 İyul 2013 21:55

NSS Labs şirkətinin tədqiqat nəticələrinə əsasən, Internet Explorer brauzerinin son versiyası ən təhlükəsiz brauzer adlandırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlər təyin ediblər ki, IE 10 və Google Chrome 25/26 fişinq hücumlarına və istifadəçilərin fərdi məlumatlarının itkisinə qarşı daha dayanıqlıdır.

Bununla belə, arzuedilməz məzmunun bloklanmasının orta sürətinin hesablanması zamanı Firefox və Safari brauzerləri daha yaxşı nəticə göstəriblər.

Milli.Az