Nvidia möhtəşəm yenilik etdi
26 İyul 2013 20:56
Nvidia şirkəti Project Logan adlanan yeni mobil prosessorunu təqdim edib. O, Kepler texnologiyası üzrə işlənib hazırlanmış Kepler qrafik soprosessorundan ibarətdir. Ötən il bu qrafik soprosessor noutbuk və masaüstü kompüterlərdə tətbiq edilib, hazırda isə planşet və smartfonlarda istifadə olunacaq. Milli.Az ICTnews-a istinadən bildirir ki, Kepler aşağı enerji sərfiyyatı və böyük gücə malik prosessordur. Şirkətdən verilən məlumata əsasən, onun enerji sərfiyyatı iPad planşetinin prosessoru ilə müqayisədə 3 dəfə aşağıdır.
Milli.Az