ARM satışları artırır

25 İyul 2013 20:15

Smartfon və planşetlər üçün mikroprosessor istehsalçısı, Britaniyanın ARM Holdings şirkəti onun mobil texnologiyalarına tələbatın artmasının fonunda London birja analitiklərinin gözləntilərindən yuxarı nəticə göstərərək ikinci rübün yekunu haqqında hesabat verib. Hesabat dövründə şirkətin satış həcmi 26% artaraq 171,2 milyon Britaniya funtu və ya 263 milyon dollar olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, cari ay ARM şirkətinin direktoru olmuş Saymon Siqars deyib ki, şirkət hazırda öz diqqətini ağıllı televizor, planşet və smartfonlar üçün həllərin istehsalı hesabına öz bazar payının genişlənməsinə yönəldib.
  

Milli.Az