Kişilər arasında Kanadada badminton üzrə keçirilən final matçında oyunçular əlbəyaxa döyüşə çıxdılar.
Milli.Az sports-a istinadən xəbər verir ki, "Riçmond Olimpik Oval" arenasına yığışan azarkeşlər final oyununda badmintonçuların bir-birlərini əvvəlcə necə təhqir etmələrini, sonra isə yumruq davasına çıxmalarına tamaşa ediblər.
Oyun əsl tayland finalı olub. Maniponq Nitipxon Puanqpuapex cütlüyü Bodin İssara - Pakkavat Villaylak cütlüyünə qarşı idi.
Hakim davadan sonra dərhal qələbəni Bodin İssara cütlüyünə verib.
Tuncay Türbəndəzadə
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.