Yeni Kia Sorento - FOTO

24 İyul 2013 23:35
"Kia" şirkəti "Ədalət liqası" (Justice League) komiksinin qəhrəmanlarına həsr olunmuş unikal krossover "Sorento"-nu elan etdi. Avtomobil "DC Entertainment" studiyasının və banın bəzəyi ilə şəxsən məşğul olan rəssam Cim Linin iştirakı ilə yaradılıb.

Milli.Az Auto.az-a istinadən bildirir ki, yeni bəzək avtomobilin interyer və eksteryerini dəyişib, yeni aksessuarlar isə ona eksklüzivlik verib. "Kia Sorento" eBay hərracına qoyulacaq. Müzaidə iyulun 28-dək davam edəcək, lotun başlanğıc qiyməti 35 000 dollar olacaq.

Əldə olunan vəsait Somali və Afrika yarımadalarının aclıq çəkənlərinə kömək üçün göndəriləcək. Aeroqrafiyanın köməyi ilə avtomobilin içində radiator barmaqlığı və çoxmilli yüngül lehimli təkər disklər də daxil olmaqla qara aksentlərlə durulaşdırılmış göy tutqun banına komiksin altı personajının şəkli çəkilib.

Qara dəri ilə bəzənmiş yeddinəfərlik salonda hər super qəhrəmanın loqotipini və qırmızı, sarı və ya yaşıl sırıq görmək olar.

Komikslərdən kadrlar mərkəzi konsolu və krossoverin qapılarındakı qoymaları bəzəyir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.