Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən tədqiqat 123 ölkəni əhatə edir. Onların arasında internetə qoşulma sürəti üzrə ən aşağı artım Oman (+1.4%), ən çox artım isə İraqda (+122%) qeydə alınıb.
Cənubi Koreya əvvəlki kimi internetləşdirilmə üzrə liderdir: ölkə əhalisinin 50%-i internetə sürətli çıxış imkanına malikdir, internetə orta qoşulma təxminən 14,2 Mbit/s təşkil edir. Bununla belə, ölkə ərazisində internetə çıxış sürəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb.
İnternetə qoşulma sürəti üzrə liderlər üçlüyünə, həmçinin Yaponiya və Honkonq daxildir. Bir il ərzində onların payı müvafiq olaraq 6,8% və 16% artıb. İsveçrə, Hollandiya, Latviya, Çexiya, İsveç, ABŞ və Danimarka internetə ən sürətli çıxış imkanına malik on ölkə sırasına daxildir.
Milli.Az