Hakerlərin 1 trilyon dollarlıq bəlası

24 İyul 2013 22:54
McAfee antivirus şirkəti və Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin son hesabatına əsasən, kiberhücumlar nəticəsində qlobal illik zərərin həcmi 1 trilyon dollar təşkil edir.

Hesabat müəllifləri qeyd ediblər ki, kiberhücumlardan dəymiş zərərin əsl həcmini təyin etmək çox çətindir. Çünki şirkətlərin əksəriyyəti bu cür zərərin həcmini gizlədir və ya onlardan oğurlanmış məlumatların təxmini dəyərini bilmirlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hesabatda dəymiş zərər altı kateqoriya üzrə təsnif edilib: əqli mülkiyyət, kibercinayətkarlıq, informasiya biznesi, İT sistemlərin işinin fasiləsizliyinin pozulması, şəbəkə təhlükəsizliyinin təmini üçün vəsaitin ayrılması və hücum zamanı dəymiş nüfuz zərəri.

Milli.Az