Droid Ultranın özünəməxsusluğu nazik korpus (qurğunun qalınlığı 7,18 mm) ilə təchiz olunmasındadır. Droid Maxx batareyasız 48 saatadək işləməsi ilə seçilir, Mini isə kompakt ölçülərə malik olması ilə diqqəti cəlb edir. Bu barədə şirkət nümayəndələri bildiriblər. Droid Ultra və Droid Maxx modellərinin ekran diaqonalı 5 düym, Droid Mininin 4,3 düym təşkil edir.
Bundan başqa, hər üç aparatda səkkiznüvəli Motorola X8 platformasından istifadə olunduğu məlumdur. Platformanın tərkibinə iki hesablayıcı və dörd qrafik nüvə daxildir. Daha iki nüvə hesablayıcı və adi dilin emalı funksiyasını daşıyır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfonlar 2012-ci ildə buraxılan Droid RAZR xəttindən olan smartfonları əvəzləyəcək. Motorola nümayəndələri qeyd ediblər ki, yeni qurğular prosessorun gücünə (24 faiz) və qrafik məhsuldarlığına (100 faiz) görə əvvəlki modelləri üstələyir.
Satışlarına avqustda başlanacaq smartfonlar ABŞ-da Verizon mobil operatoru ilə müqavilə əsasında satılacaq. Droid Mininin qiyməti 99 dollar, Droid Ultra 199 dollar, Droid Maxx 299 dollar təşkil edəcək.
Qeyd edək ki, Motorola Mobility 2012-ci ildən Google şirkətinə məxsus olsa da, birləşdikdən sonra rəhbərliyini və brendini qoruyub saxlaya bilib.
Milli.Az