Cisco yeni şirkət alır

24 İyul 2013 23:53
Cisco şirkəti şəbəkə təhlükəsizliyi məsələləri ilə məşğul olan Sourcefire şirkətinin satın alınmasına 2,7 milyard dollar xərcləməyə qərar verib. Sözügedən saziş cari ilin sonunadək bağlanmalıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hər iki şirkətin rəhbərləri əmindirlər ki, onların şəbəkə təhlükəsizliyi sahəsində həlləri bir-birini tamamlayır.

Xatırladaq ki, Sourcefire şirkətinin əsası 2001-ci ildə qoyulub. Cisco Systems şəbəkə avadanlığı hazırlayan və satan Amerika şirkətidir. Qərargahı San-Xose (Kaliforniya) şəhərində yerləşir.

Milli.Az