Dropbox yeni şirkət alır

23 İyul 2013 22:54

Dropbox bulud saxlanc xidməti müəyyən mağaza və ya brendlərdən satınalma zamanı pul vasitələrinin geri qaytarılmasını həyata keçirməyə imkan verən mobil tətbiqin tərtibatçısı Endorse şirkətini satın alıb. Sazişin maliyyə təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, Endorse şirkətinin əsası 2010-cu ildə qoyulub. Sözügedən şirkət indiyədək Proctor&Gamble, General Mils, Pepsi və başqa şirkətlərlə əməkdaşlıq edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Endorse, həmçinin marketoloqların əsas alətlərindən biri olub, çünki istifadəçilərin alıcılıq qabiliyyətini izləməyə imkan verirdi.

Dropbox xidmətinin Endorse şirkətinin biznesini öz strategiyasına hansı formada inteqrasiya edəcəyi bilinmir.
  

Milli.Az