İnternet sürəti 31 Tbit/s-ə çatdı

23 İyul 2013 21:55
Alcatel-Lucent şirkəti verilənlərin suyun altında 7200 kilometr məsafədə optik lif vasitəsilə 31 Tbit/s sürətlə ötürülməsinə nail olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sınaq zamanı 155 lazerdən istifadə edilib və onların hər biri verilənləri 200 Qbit/s sürətlə ötürüb.

Qeyd edək ki, Alcatel-Lucent şirkəti 2006-cı il dekabrın 1-də Alcatel və Amerikanın Lucent Technologies şirkətinin birləşməsi nəticəsində yaradılıb. Telekommunikasiya avadanlığının tədarükü, həmçinin verilənlərin ötürülməsi sahəsində tədqiqatlarla məşğul olur.

Milli.Az