Türkiyədə bombaların zərərsizləşdirilməsi üçün yeni robot hazırlandı

23 İyul 2013 11:54

Türkiyənin "Aselsan" hərbi-sənaye şirkətinin mütəxəssisləri müxtəlif növ bombaların zərərsizləşdirilməsi üçün robot hazırlayıblar

Bu barədə Trend çərşənbə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, "Qaplan" adlı robotun sınaqdan keçirilməsi ABŞ-ın hərbi bazasında aparılıb. Uğurlı sınaqdan sonra "Qaplan" NATO-nun satınalma siyahısına daxil edilib.

Robot 500 metr məsafədə şübhəli obyekti öyrənmək qabiliyyətinə malikdir. Bundan başqa, "Qaplan" mənfi 30-dan müsbət 69 temperatur diapazonunadək iş görə bilir. Digər tərəfdən, robot akkumulyator batareyalarını dəyişmədən 15 kilometr məsafəni qət edə bilər.

Milli.Az