Kamerunun cəzası geri götürüldü

23 İyul 2013 11:48
FİFA Kamerun Futbol Federasiyasına verdiyi cəzanı ləğv edib. Apasport.az saytının məlumatına görə, "şirlər" ali futbol qurumu tərəfindən aşkar edilən bütün qayda pozuntularını aradan qaldırıblar.

Qeyd edək ki, Kamerun Futbol Federasiyasının işlərinə dövlətin müdaxilə etməsindən sonra FİFA afrikalıların bütün yaş qrupunda olan yığmalarını, həmçinin ölkə klublarını regional, kontinental, beynəlxalq yarışlar və yoldaşlıq matçlarında iştirakdan kənarlaşdırmışdı.

Milli.Az