Təyyarənin təkəri çıxdı, hava limanı bağlandı - VİDEO - FOTO

23 İyul 2013 10:38

ABŞ-ın Nyu-York şəhərindəki "LaGuardia" hava limanı dünən qapanmışdı

Səbəb isə "Southwest Airlines" aviaşirkətinin 345 saylı reysi ilə uçan "Boeing 737-700" sərnişin təyyarəsi geytə yönələrkən şassinin qırılması idi.

Milli.Az ABC-yə istinadən bildirir ki, Tennesi ştatındakı Neşvill şəhərindən Nyu-Yorka uçmuş təyyarənin burun hissəsində kiçik yanğın baş verib.

10-15 dəqiqədən sonra sərnişinlər təyyarədən çıxmağa başlayıblar.

Təyyarədə 144 sərnişin və 6 heyət üzvü vardı.

10 sərnişin kiçik travmalar alıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.





Fotolar: ABC