Türk müğənni Facebook-da ərəb sevgili tapdı

20 İyul 2013 12:41
Türkiyənin populyar müğənnilərindən olan Ebru Polat məşuqlarını əlcək təki tez-tez dəyişirdi.

İndi isə o, artıq "sakitləşdiyini" deyir.

Milli.Az AHT-ə istinadən bildirir ki, İstanbulun Etiler səmtindəki Akmerkez-də alış-veriş zamanı qarşılaşdığı jurnalistlərin suallarına cavab verən Poladın sözlərinə görə, yeni sevgilisi var.

"Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin ən varlı, məşhur ailələrindən birinin vəliəhdidir. Bu həftə yanına gedirəm. Onunla Facebook-da tanış olub yazışmağa başladıq. Çox sevinirəm", - Ebru Polat bildirib.

Milli.Az