ARDNŞ "OMV Petrol Ofisi"nin avia yanacaqdoldurma bölməsinin səhmlərini əldə etmək niyyətindədir

19 İyul 2013 17:56

Mənbə ARDNŞ-nin neçə faiz səhm alacağı barədə məlumat verməyib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin "OMV Petrol Ofisi" yanacaq paylayıcı şəbəkəsinin avia yanacaqdoldurma bölməsi olan POAIR şirkətinin səhmlərinin bir hissəsini əldə etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə cümə günü "Reuters" agentliyi neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Bununla belə, mənbə ARDNŞ-nin neçə faiz səhm alacağı barədə məlumat verməyib.

POAIR-in səhmlərinin 41,58 faizi Avstriyanın OMV şirkətinə, 55,4 faizi "OMV Petrol Ofisi" holdinqinin payına düşür. Birjada səhmlərin 3,02 faizi sərbəst tədavüldədir.

POAIR şirkəti İstanbul, Ankara, Antalya, İzmir və Muğlada aeroportlarda təyyarələrin yanacaqla doldurulması üçün təqribən 100 terminala malikdir. Bu terminallar ildə 240 minə yaxın təyyarəyə xidmət göstərir.

Milli.Az