Ericsson çökür

19 İyul 2013 18:58
2013-cü ilin birinci yarısında Ericsson şirkətinin xalis mənfəəti 2012-ci ilin ilk yarısı ilə müqayisədə təxminən 4 dəfə azalaraq 312,5 milyon avro təşkil edib. Bu barədə şirkətin hesabatında deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Ericsson-un 2013-cü ilin birinci yarısında mədaxili 2012-ci ilin analoji göstəricisi ilə müqayisədə cəmi 1 faiz artaraq 12,4 milyard avroya çatıb.

2013-cü ilin ikinci yarısında şirkətin xalis mənfəəti 2012-ci ilin ikinci rübü ilə müqayisədə 26 faiz - 173,6 milyon avroyadək artıb. Satış üzrə mədaxil 2012-ci ilin ikinci rübü ilə müqayisədə dəyişməz qalıb və 6,4 milyard avro təşkil edib,- Digit www.digit.ru yazır.

Qeyd edək ki, mənzil-qərargahı Stokholmda yerləşən Ericsson şirkəti İsveçin telekommunikasiya avadanlığı istehsalçısıdır.

Milli.Az