LG yeni televizor göstərdi

19 İyul 2013 18:24
LG Electronics şirkəti Ultra HD (4K) formatını dəstəkləyən televizorların çeşidlərini artırıb. Bu dəfə söhbət LA9700 seriyasından olan işıq diodlu işıqlandırmaya malik 55 və 65 düymlük modellərdən gedir. Bundan başqa, Koreya istehsalçısı qiyməti 20 min dollar təşkil edən 84 düymlü TV-panel də təklif edir.

Yeni qurğuların displeyləri 3840x2160 piksel təsvir ölçüsünü dəstəkləyir ki, bu da Full HD (1920x1080) formatından 4 dəfə çoxdur. IPS matrisalı televizorlarda NANO Full LED işıq diodundan istifadə edilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, televizorlar həmçinin təsvir ölçüsünü yaxşılaşdıran Tru-Ultra HD prosessoru ilə təchiz olunub, habelə HEVC (H.265) videokodekinin dəstəklənməsi nəzərdə tutulur.

Təqdim olunan modellər Smart TV sinfinə aiddir və səslə idarəetmə, Cinema 3D və Magic Remote kimi funksiyalara malikdir.

55 düymlü LA9700 modelinin qiyməti 6 min dollar təşkil edir. 65 düymlü 4K modelinin tövsiyə olunan pərakəndə satış qiyməti 8 min dollara çatır.

Milli.Az