Bakıda ağır qəza: 2 ölü, 9 yaralı

2 Sentyabr 2010 12:46
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Vaqif Məmmədovun idarə etdiyi "Ford" markalı mikroavtobus və 19 yaşlı Ələt qəsəbə sakini Anar Əzizovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub.

Nəticədə A.Əzizov və sərnişini 17 yaşlı Valah Gərayev hadisə yerində ölüb. "VAZ-2107"-nin sərnişinləri - 23 yaşlı Elgün Mustafayev, 18 yaşlı Əziz Əzizov, "Ford"un sürücüsü V.Məmmədov, sərnişinləri Kiçikxanm Bünyatova, Zərifə İsmayılova, Pərviz Hümbətov, Rəna Xudaverdiyeva, Eldar Cabbarov və Samirə Zamanova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az