Gənclər Fondu media qurumlarını mükafatlandırdı

19 İyul 2013 13:40

Tədbirin sonunda Fond tərəfindən media qurumları mükafatlandırılıb

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.

Trend-in məlumatına görə, Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə KİV-lərin sayında və keyfiyyətində əhəmiyyətli dərəcədə irəliləyiş baş verib: "Ölkəmizdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır".

Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Gənclər Fondunun fəaliyyətini xarakterizə edib.

Nazir müavini bildirib ki, Gənclər Fondu yarandığı ilk gündən fəaliyyətində düzgün istiqamət seçib. Babayev jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edərək, cəmiyyətin formalaşmasında onların üzərinə düşən məsuliyyətdən danışıb.

Tədbirin sonunda Fond tərəfindən media qurumları mükafatlandırılıb.

Milli.Az