Jeep® Grand Cherokee 2014: Dünyanın ən çox mükafat almış SUV-si Azərbaycanda təqdim olundu - FOTO

19 İyul 2013 11:00
Əfsanəvi Jeep® Grand Cherokee-nin tarixində yeni mərhələ sayılan 2014-cü il modeli Bakıda təqdim olundu. Fairmont otelində keçirilən təqdimat mərasiminə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, media təmsilçiləri, Chrysler müştəriləri və Avto Azərbaycan şirkətinin partnyorlarından ibarət 300-dən artıq qonaq qatıldı. Yeni Jeep-i qonaqlara Chrysler mərkəzin direktoru Vüqar Bayramov təqdim etdi.

Premium SUV sinfində ən yaxşı yanacaq sərfiyyatı, əfsanəvi Jeep yolsuzluq qabiliyyəti, istifadəçi üçün rahat təkmilləşdirilmiş texnologiya, dünyaşöhrətli əl işləmələri ilə Jeep® Grand Cherokee 2014-cü il buraxılışı sələflərini xeyli geridə qoyub. Limited, Overland, Summit və SRT8 modellərində təqdim olunan Jeep® Grand Cherokee 2014 lüks SUV həvəskarlarına daha çox seçim təklif edir.
 

Avtomobilə heyranlıq onun xarici görünüşündən başlayır. Eksteryerdə texnologiya ilə bağlı hər bir detal ən son yenilik nümunəsidir. Lyuk və panorama şüşə tavan, ön və arxa duman faraları, LED ön və stop faraları, ön və arxa park radarları, arxa görüntü kamerası, baqaj qapısının elektriklə salondan və məsafədən idarəsi, elektrik qatlanan, isidilən və tənzimlənən yan güzgülər, yağış sensorlu şüşəsilənlər, faraların yuyucusu, baqaj qapısında spoyler, adaptiv biksenon faralar... Bu sıranı işıq sensorlu avtomatik faralar, qarşıdan gələn avtomobillərin yaxınlaşması ilə faraları avtomatik yaxın və uzaq işıq rejiminə keçirən SMARTBEAM sistemi davam etdirərək yeni Jeep-in möhtəşəmliyini daha da diqqətə çatdırır.
 

Avtomobilin interyeri lüksün son texnologiya ilə ifadəsidir və avtomobil sənayesində ƏN-lərdən sayılır. Müasir idarəetmə və nəzarət, multimedia sistemləri xalis dəridən və ağacdan sənətkarlıqla işlənmiş salonda bir araya gələrək hər bir detalın rahatlığı sevən insan üçün nəzərdə tutulduğundan xəbər verir. Hər bir Grand Cherokee modelinin unikal lüks stili və atmosferi var. Bu unikallığı rəng çalarları və işlədilmiş materiallar yaradır.

Jeep® Grand Cherokee 2014 sinfində ən çox - 63 təhlükəsizlik elementi ilə təchiz olunub. Bu elementlər içərisində mərhələli ön və yan pərdə tipli hava yastıqları, aktiv başaltılar, ABS - anti blok əyləc sistemi, ESC - kurs stabilliyi sistemi, Break Assist - ekstremal əyləcə yardım sistemi, Traction Control və Electronic Roll Mitigation (aşmaya qarşı sistem daxil), yağışlı havada əyləcə yardım sistemi, Cruise Control, teleskopik sükan gücləndiricisi, yoxuşda yerindən hərəkətə yardım sistemi, enişdə yardım sistemi kimi elementləri sadalamaq olar.
 

Əfsanəvi Jeep offroad qabiliyyəti üç 4X4 sistemi (Quadra-Trac I, Quadra-Trac II and Quadra-Drive II) ilə təmin olunur. Bu sistemlər istənilən yol və hava şəraitində avtomobili asanlıqla idarə etməyə imkan verir. Grand Cherokee sinfinin eksklüzivi olan pnevmatik asqı sistemi - Quadra-Lift və Select-Terrain dartı sistemi ilə təchiz edilib. Select-Terrain vasitəsilə sürücü transmissiya və asqının 5 (qar, qum,palçıq, daşlıq və avto) idarə rejimindən hər hansını seçərək, avtomobilin yolda və yolsuzluqda idarəsini tənzimləyə bilər.
 

Bir krossover üçün qənaətdən danışmaq nə qədər ağılasığmaz olsa da, Jeep Grand Cherokee təkcə dizel mühərrikində yox, yeni 8 pilləli transmissiyaya malik V-8 mühərrikində də silindr deaktivasiyası mexanizmi ilə yanacağa 10 faiz qənaət edir.

"Grand Cherokee 2014 Jeep-in premium SUV anlayışının yaradıcısı olduğunu bir daha sübut edir. Hazırda Azərbaycan bazarında 1000-ə yaxın Jeep Grand Cherokee var. Yeni modelin Jepp-in Azərbaycandakı uğuruna uğur qatacağına əminik" - bunu Chrysler Mərkəzin direktoru Vüqar Bayramov bilirib.
 

Jeep Grand Cherokee indiyədək müxtəlif media və avtomobil qurumlarının təsis etdiyi 30-dan artıq nominasiyaya layiq görüldüyündən ən çox mükaf atlandırılmış SUV hesab olunur.
 

Böyütmək üçün şəkillərə klikləyin.