Dünyanın ən qoca anası: "Onu ərə verməmiş..." - FOTO

19 İyul 2013 12:35
Rajo Devi Lohan qocadır. Onun 74 yaşı var.

74 yaşlı qadın 5 yaşlı qızın anasıdır.

Bəli, məhz belə: inanılmaz olsa da, gerçəkdir.

5 il əvvəl, Rajo 69 yaşında olanda o, qız doğmuşdu.

Navinin indi 5 yaşı var.

Milli.Az Mail Online-a istinadən bildirir ki, həkimlərin qəti etirazlarına rəğmən, Rajo Devi Lohan qızını dünyaya gətirəcəyini demişdi. Doğuş həddən artıq ağır keçdi, Rajo ölümü dirigözlü gördü, amma Navini doğdu.

İndisə Rajo qızını böyüdüb ərə verməyincə ölməyəcəyini deyir.

"Onu 15 yaşında ərə verəcəyəm. Qızımın toyunu görmək, o dünyaya rahat getmək istəyirəm", - Rajo söyləyib.

Hindistandakı ucqar dağ kəndi olan Hisarda yaşayan 75 yaşlı Ballo Lohanın xanımı Rajonun sözlərinə görə, özünü qoca, ahıl hiss etmir. Qızının onu cavanlaşdırdığını söyləyən Rajo bundan sonra məhz Navin üçün yaşayacağını söyləyir: "Xəstə olsam da, yaşamağımın yeganə səbəbkarı Navindir. O, Allahın mənə verdiyi hədiyyədir. Navini gəlin paltarında görəndən sonra ölmək istəyirəm".

Ballo Lohanın ikinci arvadı Umi günüsü Rajonu çox mətanətli, müdrik və həlim insan sayır.

Rajo danışır: "Navinə görə narahat deyiləm. Onun analığı Umi var. Əmiləri, dayıları, atası var. Üstəlik, böyük tarlalarımı da qızıma vəsiyyət etmişəm".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Fotolar: Mail Online