Ən çox qazanan şirkətlər - REYTİNQ

18 İyul 2013 19:57

Hollandiyanın Royal Dutch Shell şirkəti 481,7 milyard dollar gəliri ilə dünyanın ən böyük korporasiyasıdır.

Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, bu məlumat Fortuna jurnalının hər il ənənəvi olaraq hazırladığı Qlobal 500 adlı hesabatda yer alıb. Ən çox qazanan şirkətlərin siyahısında 2-ci pillədə Wal-Mart Stores mağazalar şəbəkəsi qərarlaşıb.

Bu mağazalar şəbəkəsinin qazancı 469,2 milyard dollar olub. Siyahıda 3-cü yerdə qərarlaşan daha bir neft şirkəti - Exxon Mobil bir ildə 449,9 milyard dollar gəlir əldə edib. Növbəti 5-ci və 6-cı sıralarda Sinopec Group və China National Petroleum yer alıblar.

Bu şirkətlərin gəlirləri müvafiq olaraq, 428,2 və 408,6 milyard dollar olub. Bunlardan başqa, ilk onluğa BP (388,3 milyard dollar), State Grid (298,4 milyard dollar), Toyota Motor (265,7 milyard dollar), Volkswagen (247,6 milyard dollar) və Total (234,3 milyard dollar) daxil olublar.

Onu da qeyd edək ki, Fortuna jurnalının açıqladığı siyahıda ABŞ-dan 132, Çindən 89, Rusiyadan 7, Türkiyədən 1 şirkət yer tutub.

Milli.Az