Güclənən və dəyişən Chevrolet Corvette - FOTO

18 İyul 2013 19:16
Amerikanın tüninq atelyesi "Hennessey Performance" sportkar "Chevrolet Corvette C7 Stingray" üçün ən gözlənilən satışdansonra tənzimlənmə proqramı barədə məlumat yaydı. Tüninq-paketin köməyilə yeni V8 mühərrikinin gücünü 150, 250 və hətta 550 a.g.-ə qədər artırmaq olar. Mühərrikin yenilənməsinə əlavə olaraq tünerlər avtomobilin digər texniki hissələrinin də qayğısına qalmağı, o cümlədən interyerin işlənməsini təzələməyi də təklif edirlər. Sonun nəsil məşhur sportkar sahibləri opsional olaraq müxtəlif xarici detalların tüninqini də əldə edə bilərlər.

Milli.Az Auto.az-a istinadən bildirir ki, 6.2-litrlik 455-güclü mühərrikin məhsuldarlığını 600 və 700 a.g.-ə qədər artırmağa imkan verən HPE600 və HPE700 paketləri bunu ilk növbədə Eaton TVS R2300 mexaniki sıxıcı kompressorun hesabına yerinə yetirirlər. Birinci halda kompressorla yanaşı mühərrik həm də təkmilləşdirilmiş buraxma sistemi və elektron idarəetmə bloku üçün yeni proqram təminatı əldə edir. İkinci halda isə yuxarıda deyilənlərə fərqli tənzimçi val və silindrlər blokunda fərqli başlıq əlavə edilir. Hər bir müştəri 3 il və ya 36000 mil (58000 km) zəmanət alır.

Daha bahalı HPE800 və ekstremal HPE1000 paketlərə birinci halda ikili turbo yükləyici sistemlər, o cümlədən döyülmüş alüminium porşnlər, yeni dirsəkli və tənzimçi vallar, şəkli dəyişdirilmiş yanacaq sistemi, hava interkuleri, ikili hava filtri olan daha effektil buraxma sistemləri, paslanmayan qaz buraxma borusu və idarəetmə bloku üçün yeni proqram daxildir. İkinci halda bunlara bir sıra əlavələr də daxil edilir. Bu paketləri sifariş verdikdə 1 il və ya 12000 mil (19000 km) zəmanət əldə edilir.

Paketlərin hamısına avtomobilin mühərrik hissəsinə tünerin simvolu olan eksklüziv qapaq, fərqləndirici lövhəciklər, qapı kandarlarında karbon qoymalar və unikal döşəmə xalıları daxildir.

"Hennessey" atelyesinini müştəriləri opsional olaraq asmada karbon detallar (qabaq splitter, yan ətəklər və arxa diffuzor), "Michelin Pilot Super Sport" şinləri olan 10-milli H10 təkər diskləri, interyerin bəzədilməsi üçün karbon aksessuarlar, salonda dəri işləmələr, "Brembo" karbon-keramik əyləcləri və tənzimlənə bilən "Penske" asılqanı əldə edə bilərlər.

Hal-hazırda amerikan tüninq-atelyesi başlanğıc səviyyəli HPE500 paketi üzərində çalışır. Bu paket cüzi yeniliklə mühərrikin gücünü 500-ə qədər artıracaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.