Dünyanın ən böyük səhvi: müştərinin hesabına 92 kvadrilyon dollar pul köçürüldü
18 İyul 2013 11:12
APA-nın CNN-ə istinadən yaydığı məlumata görə, Pensilvaniya ştatının sakini Kris Reynolds PayPal sisteminin səhvi nəticəsində qısa bir müddətə dünyanın ən varlı adamı olub.
Reynolds PayPal-dakı balans hesabı haqqında məktub alanda əvvəlcə bunu kiminsə zarafatı sayıb. Sonra onlayn rejimdə hesabını yoxlayıb və hesabda xeyli pul olduğunu görüb.
PayPal şirkəti səhvə yol verdiyini etiraf edib və Reynoldsa onun öz seçimi əsasında müəyyən məbləği xeyriyyə məqsədilə xərcləməyə hazır olduğunu bildirib.
Jurnalistlərin "92 kvadrilyon pulunun olsaydı, hara sərf edərdiniz" sualını cavablandıran Reynolds bildirib ki, ilk növbədə, ABŞ-ın xarici borclarını ödəyər, daha sonra Philadelphia Phillies beysbol klubunu satın alardı.
Milli.Az