Mahnı ilə bağlı fikirlədini açıqlayan Lalə Məmmədova bildirib ki, uşaqlıqdan tarix fənnini çox sevdiyi üçun bu mahnını oxumaq ona təklif olunanda çox sevinib: "Çünk
i mahnını dərk edərək oxumaq insana başqa bir zövq verir. Azərbaycanla Türkiyə arasındakı dil, din oxşarlığı, dostluq əlaqələri möhkəm olub, 2 qardaş həmişə çiyin-çiyinə düşmənə sipər olublar. Bizim millət vəkilləri Novruz Aslan, Eldar Allahyaroğlu bu mövzuya çox həssaslıqla yanaşıblar. Çox uğurlu mahni alınıb. İnanıram ki, Fuad Əlişov mahnının ekran versiyasını gözəl yaradacaq", - deyə vurğulayıb.
Milli.Az