Tegra 4 ilə ilk smartfon olacaq
16 İyul 2013 16:08
Sözügedən cihaz dördnüvəli NVIDIA Tegra 4 çipi ilə təchiz ediləcək ilk smartfon olacaq. Aparat bu ilin aprelində Çin şirkəti tərəfindən təqdim edilib, lakin o zaman smartfonun Intel Atom Clover Trail+ platformasında yaradılması nəzərdə tutulurdu. Milli.Az ICTnews-a istinadən bildirir ki, ZTE Geek smartfonu 2 meqapiksellik ön kamera və 8 meqapiksellik arxa kamera ilə təchiz edilib. Əməli yaddaşın həcmi 2 QB təşkil edir.
Milli.Az