Məşhur reper Bakıda avtomobil qəzası keçirdi

1 Sentyabr 2010 15:09
Reper Hüseyn Dərya avtomobil qəzası keçirib. Hadisə ötən gün protojesi olan gənc müğənni Aynurla səsyazma studiyasından qayıdarkən baş verib.

Reperin Milli.Az xəbər portalına bildirdiyinə görə, günah onlarda deyil, qarşı tərəfdə olub.

"Bizim yol gəldiyimiz "Hummer" markalı maşın Aynura məxsusdur. Lakin çox vaxt mən idarə edirəm. Yol gələrkən başqa xarici markalı bir avtomobil sürətlə qarşımıza çıxaraq bizim avtomobili əzdi. Bizə bir şey olmasa da, Aynurun avtomobilinə ziyan dəydi. Maşından düşüb həmin insanla davaya başladım. Çünki o, avtomobilini içkili vəziyyətdə idarə edirdi. Həmin şəxslə belə qərara gəldik ki, dəyən ziyanı üzərinə götürsün. Aynurun maşını tezilklə təmirə göndəriləcək" - deyə reper bildirdi.

Xədicə
Milli.Az